Elmir Vəlizadə: "Azərbaycanda innovativ inkişaf diqqət mərkəzindədir"

Elmir Vəlizadə: "Azərbaycanda innovativ inkişaf diqqət mərkəzindədir"
# 23 oktyabr 2019 10:42 (UTC +04:00)

"Azərbaycanda innovativ inkişaf hazırda diqqət mərkəzindədir".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "InnoWeek – İnnovasiya həftəsi" çərçivəsində Bakıda keçirilən "Eurasia Innovation Day" adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, innovativ fəaliyyətin inkişafı üçün ölkədə çoxşaxəli tədbirlər həyata keçirilir.

Nazir müavini onu da qeyd edib ki, innovasiya sahəsinin daha da inkişaf etdirilməsində nazirliyin innovativ subyektləri ilə əməkdaşlığın aparılması və beynəlxalq əlaqələrinin genişləndirilməsi böyük rol oynayır.

Bundan əlavə, gənclərin innovativ texnologiyalara marağının artırılması sahəsində də respublikada müxtəlif tədbirlər təşkil edilir. Bu tədbirlər gənclərə aparıcı xarici ölkələrin və beynəlxalq şirkətlərinin bu sektorda əldə edən təcrübəyə bələd olmağa imkan açır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR