Gələn ilin ilk yarısında Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştli şərtlərlə satışına başlanacaq

Gələn ilin ilk yarısında Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştli şərtlərlə satışına başlanacaq
# 18 iyun 2019 10:46 (UTC +04:00)

Gələn ilin birinci yarısında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştli şərtlərlə satışına başlayacaq.

MİDA-dan “APA-Economics”ə verilən məlumata görə, Xəzər dənizi sahilindən 2 km məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir: “Gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır”.

11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2 962 ailəni mənzillə təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR