Güzəştli mənzillərin satışı başa çatıb - YENİLƏNİB

Güzəştli mənzillərin satışı başa çatıb  - YENİLƏNİB
# 24 sentyabr 2022 15:47 (UTC +04:00)

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satış prosesi başa çatıb.

"APA-Economics" xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı deyib.

O bildirib ki, mənzil seçimi prosesi uğurla başa çatıb. F.Qurbanlı əlavə edib ki, sentyabrın 28-də saat 15:00-da gözləmə qaydasında mənzil seçimi baş tutacaq:

"Yəni bu gün mənzil seçən vətəndaşlar hər hansı bir səbəbdən bundan imtina etsələr, sentyabrın 28-də gözləmə qaydasında mənzili seçəcək vətəndaşa təklif ediləcək".

***

15:08

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzilini satışa çıxarıb.

"APA-Economics" xəbər verir ki, müraciətlərin sayı 10 mindən çox olub. Başqa sözlə, hər 10 nəfərdən biri güzəştli mənzil ala biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR