Hava yolu ilə Naxçıvana səfər edənlərə gömrük güzəştləri müəyyən ediləcək

Hava yolu ilə Naxçıvana səfər edənlərə gömrük güzəştləri müəyyən ediləcək
# 05 iyun 2023 15:40 (UTC +04:00)

Hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycan Respublikasının digər bölgələrindən olan fiziki şəxslər üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədləri və şərtləri müəyyən ediləcək.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Sənədə əsasən, Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Maliyyə Nazirliyi ilə birgə 2023-2027-ci illər ərzində güzəştlərin tətbiqinə başlanılmasını təmin etməlidir. Nəticədə əhalinin alıcılıq qabiliyyəti yüksəlməli, turistlərin cəlb edilməli və iqtisadi aktivliyin artmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR