Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa olunub
# 11 avqust 2022 09:19 (UTC +04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.

Hava limanından “APA-Economics”ə verilən məlumata görə, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR