Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi davam edir - VİDEO

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi davam edir - VİDEO
# 27 may 2022 13:44 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə bağlı video paylaşıb.

APA-Economics” AAYDA-nın paylaşdığı videonu təqdim edir.

Xatırladaq ki, uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası da nəzərdə tutulub ki, bu çərçivədə hazırda 14 körpü, 3 yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

© APA | Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR