İdarə rəisi: Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

İdarə rəisi: Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb
# 07 fevral 2023 12:45 (UTC +04:00)

Ötən il ərzində 1192 xüsusi təhlükəsizlik indikatoru bloklanıb ki, bununla da məhz dövlət qurumlarının xüsusi hədəflənmiş kiberhücumlara qarşı qorunmasına nail olunub.

APA-Economics” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Tural Məmmədov "Dövlət qurumlarının İT rəhbərlərinin I Zirvə toplantısı"nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu kiberindikatorların ortaya çıxarılması dövlət qurumlarından göndərilən, eyni zamanda XRİTDX tərəfindən analizi həyata keçirilən kibertəhdidlər nəticəsində ortaya çıxıb.

“Bu bildirişlər 711-i dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında araşdırılıb. 481 indikator isə daxildə kiberhücumların analizi nəticəsində ortaya çıxarılıb. 1192 xüsusi hədəflənmiş kiberhücum indikatoru bütün dövlət qurumları üzrlə bloklanmaqla yüzlərlə kiberhücumun qarşısı alınıb”, - deyə Tural Məmmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR