Kamal Koloğlu Türkiyə iş adamlarına Qarabağda yatırım edə biləcəkləri sahələri açıqlayıb

Kamal Koloğlu Türkiyə iş adamlarına Qarabağda yatırım edə biləcəkləri sahələri açıqlayıb
# 01 fevral 2023 16:52 (UTC +04:00)

Türkiyədə Azərbaycan 10 milyon əhalisi olan kiçik bir ölkə kimi görünür və “böyük yatırım imkanları yoxdur” kimi yanaşmalar var. Ona görə də bizim işimiz Türkiyə iş adamlarına Azərbaycanın yatırım imkanlarını tanıtmaqdır.

"APA-Economics" xəbər verir ki, bunu DEİK Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının sədri Kamal Koloğlu deyib.

İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanda 30 il işğaldan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları daxil olmaqla 16 min kv. kilometrlik boş və çoxlu iş görülməli olan, yatırıma açıq ərazi var: "Burada görüləcək çoxlu işlər, yatırım imkanları var. Təsəvvür edin ki, sıfırdan bir ölkə dizayn edirsiniz. Azərbaycan bununla bağlı beynəlxalq qurum və təşkilatlarla birgə böyük işlər görür. Bu il ərzində Azərbaycanın Qarabağda investisiya gözlənilən sektorlar və yatırım təşviqləri ilə bağlı proqram qəbul ediləcəyini gözləyirəm".

Kamal Koloğlu deyib ki, Azərbaycan eyni zamanda Qarabağ və ətraf ərazilərə investisiya cəlbi ilə bağlı beynəlxalq səviyyədə təşviq proqramı hazırlayıb.

O bildirib ki, Qarabağ Azərbaycanda ən məhsuldar torpaqların olduğu ərazidir. Ona görə də bura qida və qida sənayesi sahəsində yatırımların olacağı gözlənilir. Tikinti materialları, pambıq və pambıq ipliyinin istehsalı sahələri yaradıla bilər. Bundan əlavə, logistik mərkəzin yaradılmasına ehtiyac yaranıb. Tütün və tütün sənayesi, heyvandarlıq, dəri istehsalı sahəsində ciddi yatırıma ehtiyac var. Eyni zamanda Qarabağda çox sayda əvvəldən mövcud olan və istifadəsiz qalan su elektrik stansiyaları var. Bu stansiyaların fəaliyyətinin bərpası və yenililərinin tikilməsi üçün investisiya edilə bilər.

“Azərbaycanın əsas məqsədi qısa zamanda bu ərazilərə ciddi investisiya cəlbi və 30 il ərzində evlərindən didərgin düşmüş 2 milyon vətəndaşın ən azı yarısının evlərinə qaytarılmasını təmin etməkdir” - DEİK Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının sədri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR