“Kaspersky” Avropada qadağan edilə bilər

“Kaspersky” Avropada qadağan edilə bilər
# 26 sentyabr 2022 16:24 (UTC +04:00)

Avropada Rusiyanın “Kaspersky” şirkətinin işi yaxın gələcəkdə qadağan edilə bilər.

APA-Economics” xəbər verir ki, bu barədə Rusiya mətbuatı “Bloomberg”ə istinadən yazır.

Qeyd olunur ki, bu təşəbbüs Avropa İttifaqı tərəfindən irəli sürülür. O cümlədən, nəşrin məlumatına görə, beş Avropa dövləti (Polşa, Litva, Latviya, İrlandiya və Estoniya) qadağada israrlıdır.

Hələlik, bu, mütləq azlıqdır, çünki Avropa İttifaqına 27 ölkə daxildir. Lakin istisna etmək olmaz ki, zaman keçdikcə azlığın rəyi Aİ-yə üzv olan ölkələrin əksəriyyətinin fikrinə çevrilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR