“Kəlbəcər-1” KSES normal güclə fəaliyyət göstərir - FOTO

“Kəlbəcər-1” KSES normal güclə fəaliyyət göstərir - FOTO
# 28 iyun 2022 10:08 (UTC +04:00)

Gücü 4,4 meqavat olan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES) normal güclə fəaliyyət göstərir və istehsal olunan enerji 110 kilovoltluq xətlə birbaşa ümumi sistemə transfer edir.

Bunu APA-ya açıqlamasında “Qarabağ Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Mircəlal Hüseynov bildirib.

“Bu stansiya ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdı. Stansiyanın su qəbuledici qurğusu, maşın zalı, hidrotexniki qurğular, generator və turbin avadanlıqları, demək olar ki, tamamilə dağıdılıb yandırılmışdı. 2021-ci ildə “Azerenerji” ASC tərəfindən “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının bərpasına başlanıldı”, - Mircəlal Hüseynov qeyd edib.

Onun sözlərinə görə, stansiya müasir avadanlıqlarla tam təchiz olunub, SKADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya edilib və “Azərenerji”nin mərkəzi dispetçer idarəsi tərəfindən stansiyanın idarə edilməsi həyata keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər və Laçın rayonlarında səfərdə olub, bəzi obyektlərin açılışında iştirak edib.

Fuad Nazimoğlu

Emil İsmayılov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR