Kirayə mexanizmi ilə mənzil şəraitini yaxşılaşdıran vətəndaşların sayı açıqlanıb

Kirayə mexanizmi ilə mənzil şəraitini yaxşılaşdıran vətəndaşların sayı açıqlanıb
# 29 dekabr 2021 16:16 (UTC +04:00)

Bu il satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara 867 mənzil təhvil verilib ki, bu da ötən illə müqayisədə 2 dəfədən çoxdur.

İpoteka və Kredit Zəmanət Fondundan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə bu günədək 1280 sayda mənzil vətəndaşlara təhvil verilib.

Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70%-dən çoxunu gənclər və gənc ailələr təşkil edib.

Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadənin daha da asanlaşdırılması və əlçatanlığının artırılması məqsədi ilə cari il ərzində proseslər bir qədər də sadələşdirilib, gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumşaldılıb, habelə sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb.

Qeyd edək ki, hazırda Fond tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 7 fərqli ünvanda 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər təklif olunur. Mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir.

Mexanizm çərçivəsində aylıq ödənişlər çox güzəştli şərtlərlə hesablanır. Proseslər isə ən qısa vaxtda – 3 iş günü ərzində tamamlanmaqla mənzil vətəndaşa təhvil verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR