Kür-Bakı magistral su kəmərində qəza baş verib - VİDEO

Kür-Bakı magistral su kəmərində qəza baş verib - VİDEO
# 08 dekabr 2022 09:32 (UTC +04:00)

Kür-Bakı magistral su kəmərində qəza baş verib.

"Azərsu" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bildirilib ki, əraziyə qəza briqadları və xüsusi texnika cəlb olunub.

Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR