Bakıdakı məişət tullantıları konteynerləri çiplərlə təchiz olunacaq

Bakıdakı məişət tullantıları konteynerləri çiplərlə təchiz olunacaq
# 02 oktyabr 2019 13:16 (UTC +04:00)

Bu ilin sonunadək kağız, karton, plastik, şüşə və metal tullantılarının toplanması üçün nəzərdə tutulan narıncı konteynerlər xüsusi çiplərlə təchiz olunacaq.

Bunu "APA-Economics"ə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, bu, konteynerlərin dolduğu barədə operativ məlumat əldə etməyə imkan yaradacaq: "Məişət tullantıları üçün nəzərdə tutulan narıncı konteynerlər xüsusi avtomobillərlə yığılır. Layihə Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə icra olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR