Meşə yanğınlarında “Azəriqaz”a dəyən zərər müəyyən ediləcək

Meşə yanğınlarında “Azəriqaz”a dəyən zərər müəyyən ediləcək
# 19 avqust 2022 11:41 (UTC +04:00)

Meşə yanğınları nəticəsində SOCAR “Azəriqaz” İstehsalat Birliyinə dəyən ziyanın həcmi yanğınlar başa çatdıqdan və lazımi təftiş işləri keçiriləndən sonra müəyyən ediləcək.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “Azəriqaz”a indiyədək dəyən ziyan çox boyük deyil, lakin dəyən ziyanın tam həcmi təftiş və yoxlamalar aparılandan sonra müəyyən olunacaq.

Ruslan Əliyev onu da əlavə edib ki, yanğınlar nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndinə (1 000 abonentə yaxın) qazın verilişi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR