Metroda spesifik qoxuya görə qatar boşaldılıb

Metroda spesifik qoxuya görə qatar boşaldılıb
# 20 aprel 2022 09:26 (UTC +04:00)

"Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda metropolitenə xas qoxu iyi olub.

"Bakı Metropoliteni"ndən APA-ya verilən xəbərə görə, qatara baxış keçirilib.

"Hər hansısa texniki problem olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin narahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb.

Dərhal əvəzinə qatar verilib. Qoxu aradan qaxdıqdan sonra həmin qatar xətdə içini davam etdirəcək", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR