Metronun "Cəfər Cabbarlı" stansiyasının ikinci yolunda aparılan təmir işləri gələn ilin mart-aprel aylarında başa çatdırılacaq

Metronun "Cəfər Cabbarlı" stansiyasının ikinci yolunda aparılan təmir işləri gələn ilin mart-aprel aylarında başa çatdırılacaq
# 08 noyabr 2019 14:21 (UTC +04:00)

Metronun “Cəfər Cabbarlı” stansiyasında ikinci yolun bir hissəsində aparılan təmir işlərinin gələn ilin mart-aprel aylarına başa çatdırılması gözlənilir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, təmir işləri başa çatdırıldıqdan sonra qatarlar hər iki yol ilə hərəkət edəcək.

“Metronun “Xətai” stansiyada aparılan işlərin ən son mərhələsi ondan ibarət olacaq ki, tunellərin tikintisi “Həzi Aslanov” stansiyası istiqamətində davam etdiriləcək və “Xətai” stansiyası gələcəkdə keçid stansiyası olacaq", - deyə Ə. Osmanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR