“Microsoft”un Azərbaycan üzrə bazar payı artıb

“Microsoft”un Azərbaycan üzrə bazar payı artıb
# 02 avqust 2022 14:54 (UTC +04:00)

Bu ilin iyul ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı iyun ayı ilə müqayisədə 3,8 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin avqust ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazar payı 52,48 təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1,2 faiz bəndi çoxdur.

İyun ayı ilə müqayisədə iyulda "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 4,3 faiz bəndi artaraq iyulun 1-nə 30,6% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 1,5 faiz bəndi azdır. "Microsoft Windows" proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 11,1% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin iyul ayında (iyun ayı ilə müqayisədə) 0,8 faiz bəndi azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 1,7 faiz bəndi çoxdur.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 1,98%, "Linux" – 1,76%, naməlum əməliyyat sistemləri – 1,26% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR