Mobil cihaz istehsalçılarının Azərbaycan üzrə pay bölgüsü açıqlanıb

Mobil cihaz istehsalçılarının Azərbaycan üzrə pay bölgüsü açıqlanıb
# 01 oktyabr 2019 15:10 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung"un payı avqust ayı ilə müqayisədə 0,83 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, oktyabrın 1-nə "Samsung"un ölkə üzrə bazar payı 56,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,86 faiz bəndi azdır. Buna baxmayaraq, populyarlığına görə "Samsung" ölkənin mobil qurğular bazarında lider olaraq qalır.

Cari ilin sentyabr ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı 0,97 faiz bəndi artıb. Bu göstərici oktyabr ayının 1-nə olan məlumata görə 15,3% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 8,2 faiz bəndi çoxdur.

Üçüncü yerdə bazar payı 12,4% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı sentyabr ayı ərzində 0,12 faiz bəndi artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 0,22 faiz bəndi azdır.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 3,9%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 2,32%, LG – 1,63%, "Nokia" – 1,44%, "Lenovo" – 1,12%, HTC – 0,93%, "Alcatel" – 0,72% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR