Musa Qasımlı: İran radio və televiziyalarının informasiya məkanımiza soxulmasının qarşısı alınmalıdır

Musa Qasımlı, Milli Məclisin deputatı

© APA | Musa Qasımlı, Milli Məclisin deputatı

# 09 dekabr 2022 13:34 (UTC +04:00)

Kür çayını keçəndən sonra İran televiziya və radioları informasiya məkanımıza daxil olur. İranın radio və televiziyalarının bizim informasiya məkanına soxulmasının qarşısı alınmalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

Deputat bildirib ki, Yardımlının sərhəd kəndlərinə gedəndə mobil telefona “İran İslam Respublikasına xoş gəlmisiniz” mesajı gəlir: “Bu, Azərbaycan qanunlarına ziddir və qarşısı alınmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə elektron hökumətin yaradılması sahəsində inqilabi işlər görüb. ASAN Xidmət, DOST Mərkəzi və digər qurumları buna misal göstərmək olar, vətəndaşlarımıza yüksək səviyyədə xidmət edirlər. Eyni zamanda ucqar dağ kəndlərində internetin keyfiyyətinə də diqqət yetirilməlidir. Bunu edə bilməyən, amma lisenziyası olan təşkilatlar da sıradan çıxmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR