"Nar"ın 4G istifadəçilərinin sayı 85% artıb

"Nar"ın 4G istifadəçilərinin sayı 85% artıb
  • Clock-gray 15:28
  • calendar-gray 22 Oktyabr 2019

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın mobil rabitə operatoru olan "Nar" şirkətinin aktiv 4G istifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 85% artaraq 875 min nəfəri ötüb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, quraşdırılan baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi 67% artıb. 4G smartfon penetrasiyasının artımı, LTE və LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar "Nar"ın 4G istifadəçilərinin sayının artmasına səbəb olub.

"Nar"ın LTE texnologiyalı baza stansiyalarını paytaxtla yanaşı, bölgələrdə, hətta ən ucqar kəndlərdə belə genişləndirməsi sayəsində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 101% artıb. Bununla da 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Qeyd edək ki, "Nar"ın 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5 %-ni əhatə edir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date