"Nar" Naxçıvanda təqaüd proqramının qaliblərini mükafatlandırıb

"Nar" Naxçıvanda təqaüd proqramının qaliblərini mükafatlandırıb
# 29 oktyabr 2019 17:28 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru olan “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) Naxçıvan Dövlət Universitetinin tələbələri üçün elan etdiyi təqaüd proqramının nəticələrini elan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020 tədris ilində “Nar” tərəfindən 200 manat məbləğində aylıq təqaüd ayrılıb.

“Azerfon”un baş icraçı direktoru Qunnar Panke təqaüd proqramının qalibləri ilə görüşərək onları təbrik edib və gələcək təhsillərində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanda gənc nəslin informasiya texnologiyaları sahəsinə marağının artması və karyeralarını bu yöndə qurmaları ölkədə ümumi ekosistemə, xüsusən də telekommunikasiya bazarının inkişafına öz müsbət təsirini göstərəcək.

Xatırladaq ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə Naxçıvanda təhsil alan tələbələr üçün təqaüd proqramı təşkil edir.

“Nar” KSM startegiyası çərçivəsində müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şagird və tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması və analitik düşüncə qabiliyyətinin inkişafı istiqamətində bir çox layihələrə imza atıb. “Nar”ın KSM layihələri barədə daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR