Naxçıvanda istehsalın artımı idxaldan asıllığı azaldıb

Naxçıvanda istehsalın artımı idxaldan asıllığı azaldıb
# 11 yanvar 2023 21:50 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun tərkibində sənaye sahəsi birinci yerdədir.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Sənaye üzrə 2022-ci ilin yanvar-noyabr aylarında 1 milyard 26 milyon 196 min 200 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.

Bununla yanaşı yerli müəssisələrin yaradılması muxtar respublikada idxal olunan məhsulların həcmini ildən-ilə azaldıb.

Hazırda 384 növdə məhsul istehsal olunur ki, bunun da 127-si ərzaq, 257-si isə qeyri-ərzaq məhsullarıdır.

Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR