Nazir müavini: "TRACECA üzrə avtomobil nəqliyyatı ilə yükdaşımalar intensivləşib"

Nazir müavini: "TRACECA üzrə avtomobil nəqliyyatı ilə yükdaşımalar intensivləşib"
# 13 iyun 2022 14:07 (UTC +04:00)

Dünyada baş verən son hadisələri nəzərə alaraq, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə avtomobil nəqliyyatı ilə yükdaşımalar intensivləşib.

APA-Economics” “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın sənaye və infrastrukturun inkişafı nazirinin müavini Yerkebulan Dauılbayev deyib.

Onun sözlərinə görə, bununla bağlı nazirlik Gürcüstan, Azərbaycan və Türkiyə ilə əlavə icazə blanklarının mübadiləsini həyata keçirib.
"Həmçinin Latviya, Litva, Polşa, Bolqarıstan, Macarıstan və Belçika ilə əlavə icazə blanklarının mübadiləsi üzərində iş aparılır", - deyə Yerkebulan Dauılbayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR