Nazir: “Türkiyə və Azərbaycan arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması yekunlaşır”

Nazir: “Türkiyə və Azərbaycan arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması yekunlaşır”
# 02 avqust 2022 15:42 (UTC +04:00)

Türkiyə və Azərbaycan sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasının son mərhələsindədir.

APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş çərşənbə axşamı Türkiyə, Özbəkistan və Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən üçtərəfli görüşündə deyib.

“Biz bu layihəni Azərbaycanla pilot rejimdə həyata keçirməyə başlamaq üçün texniki baza yaradırıq. Türkiyə Özbəkistanla da analoji gömrük dəhlizini həyata keçirməyə hazırdır”, - Mehmet Muş qeyd edib.

Nazirin sözlərinə görə, Türkiyə, Azərbaycan və Özbəkistanın ümumi ÜDM-i 1 trilyon dollara çatır, üç ölkənin əhalisinin sayı isə 130 milyon nəfər təşkil edir ki, bu da böyük potensialın göstəricisidir.

Mehmet Muş qeyd edib ki, Azərbaycan və Özbəkistanla imzalanan güzəştli ticarət sazişləri Türkiyənin bu potensialın reallaşdırılmasına verdiyi önəmdən xəbər verir: “İnanıram ki, bu sazişlərin əhatə dairəsinin genişlənməsi ilə dövlətlərarası münasibətlərin yeni dövrü gələcək. Bundan əlavə, gömrükdə bürokratiyanın azaldılması istiqamətində tədbirlərin görülməsi ticarəti asanlaşdıracaq və ticarətə müsbət təsir edəcək”.

O, Ankaranın gömrük prosedurlarının sadələşdirilməsinə önəm verdiyini qeyd edib.

“Azərbaycan və Özbəkistan Türkiyənin Mərkəzi Asiya ilə ticarətində mühüm rol oynayır, Türkiyə isə öz növbəsində Azərbaycan və Özbəkistanın Avropa, Yaxın Şərq və Afrika ilə ticarətində körpü rolunu oynayır”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR