Nazirlik: “Azercell” və “Bakcell”in yeni kod ayrılması ilə bağlı müraciətinə baxılır

Nazirlik: “Azercell” və “Bakcell”in yeni kod ayrılması ilə bağlı müraciətinə baxılır
# 06 avqust 2019 12:25 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatorları “Azercell Telekom” və “Bakcell” yeni kodların (prefikslərin) və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) müraciət ediblər.

Bu barədə APA-Economics”ə NRYTN-dən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda yeni kodların və nömrələrin şirkətlərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparılır.

“Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaq”, - deyə Nazirlikdən qeyd ediblər.

Nazirlikdən həmçinin əlavə ediblər ki, “Telekommunikasiya haqqında” Azərbaycan Qanununa əsasən nömrə resursları operatorların mövcud maddi-texniki bazasının genişləndirilməsi və istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə operatorların müraciətləri əsasında ayrılır. Bu zaman operatorların istifadəsində olan nömrə resurslarının həcmi, onlardan istifadə imkanı, həmçinin ölkənin mobil telekommunikasiya bazarındakı mövcud vəziyyət və nömrələnmə planı nəzərə alınır.

Xatırladaq ki, "Azercell Telekom"la “Bakcell” müvafiq olaraq “010” və “099” operator kodlarının alınması ilə bağlı Nazirliyə müraciət ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR