NRYTN-nin Apelyasiya Şurasının növbəti iclası keçirilib - FOTO

NRYTN-nin Apelyasiya Şurasının növbəti iclası keçirilib - FOTO
# 29 oktyabr 2019 14:01 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) yaradılan Apelyasiya Şurasının növbəti iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayevin sədrliyi ilə keçirilən iclasda “Avand Company” MMC-nin müraciətinə baxılıb.

Şikayət qismən təmin edilərək, Nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) “Lisenziya və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan qanunlarının göstərişlərinə əməl edilməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin ona verilən pasportun tələblərinə uyğun olmasının yoxlanılması istiqamətində tədbirlərin görülməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR