Azərbaycandakı provayderlərə intranet şəbəkəsinə qoşulmaq təklif olunub

Azərbaycandakı provayderlərə intranet şəbəkəsinə qoşulmaq təklif olunub
# 05 iyul 2019 12:08 (UTC +04:00)

Azərbaycanda daxili intranet şəbəkəsi yaradılıb və ölkədə fəaliyyət göstərən provayderlərə bu şəbəkəyə qoşulmaq təklif olunur. Bunu “APA-Economics”ə telekommunikasiya sektorunda fəaliyyət göstərən etibarlı mənbə deyib.

Onun sözlərinə görə, intranet şəbəkənin əsas üstünlüyü ondan ibarətdir ki, qlobal internet şəbəkəsində yarana biləcək kəsinti zamanı, lokal şəbəkə ölkə daxili məlumat mübadiləsinin dayanıqlığını təmin edəcək.

“Burada söhbət əsasən istifadəçilər tərəfindən aparılan elektron ödənişlərdən gedir ki, onların dayanıqlığı məhz daxili intranet şəbəkəsi üzərindən təmin edilir. Yəni istifadəçi ödəniş apardığı zaman internet kəsilərsə, bu ödəniş əməliyyatına təsir etməyəcək”, - deyə mənbə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR