Ötən il Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb

Ötən il Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb
# 02 iyun 2023 16:04 (UTC +04:00)

2022-ci ildə Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb.

"APA-Economics" xəbər verir ki, bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə (TITR) baş katib Qaydar Abdikerimov deyib.

Onun sözlərinə görə, bu daşımalar Qazaxıstan-Azərbaycan marşrutu üzrə Aktau, Kurık, Ələt və Hövsan limanları vasitəsilə həyata keçirilib:

"Bu marşrut üzrə daşımalar 8 dəfə artıb. Ötən il ümumilikdə 33600 konteyner yük danışıb. 2022-ci ildə müşahidə edilən artım onu göstərdi ki, marşrut üzrə nöqsanlar olub. Bunun aradan qaldırılması, maşrturun imkanlarını genişləndirmək üçün Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında 5 illik yol xəritəsi imzalanıb və infrastrukturun qurulmasına 5,5-6 milyard avro ayrılıb" - deyə baş katib əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR