Rəşad Nəbiyev İranın yol və şəhərsalma naziri ilə görüşüb

Rəşad Nəbiyev İranın yol və şəhərsalma naziri ilə görüşüb
# 09 sentyabr 2022 13:26 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasımi ilə görüşüb.

APA-Economics” xəbər verir ki, nazir bu barədə “Facebook” hesabında yazıb. O bildirib ki, görüşdə Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin, o cümlədən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı barədə fikir mübadiləsi aparılıb.

“İki ölkə arasında sərhəd ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, bu istiqamətdə atılacaq addımları müzakirə etdik. İran üzərindən Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil yolu körpüsünün, eyni zamanda iki ölkə arasında Astaraçay üzərindən avtomobil yolu körpüsünün tikintisi ilə bağlı görülən işlər haqqında danışdıq”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR