Sabunçu stansiyasının girişində avtomobillərin dəmir yolu keçidindən hərəkəti dayandırılacaq

Sabunçu stansiyasının girişində avtomobillərin dəmir yolu keçidindən hərəkəti dayandırılacaq   
  • Clock-gray 17:25
  • calendar-gray 21 Avqust 2019

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın "APA-Economics"ə verdiyi məlumata görə, bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date