Sahib Məmmədov: Minatəmizləmə ilə bağlı BMT-nin beynəlxalq dəstəyini gözləyirik

Sahib Məmmədov: Minatəmizləmə ilə bağlı BMT-nin beynəlxalq dəstəyini gözləyirik
# 14 mart 2023 12:57 (UTC +04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov işğaldan azadedilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı BMT-dən dəstək göstərilməsi üçün müraciət edib.

"APA-Economics" xəbər verir ki, nazir müavini bu barədə BMT və Azərbaycan arasında “2021 - 2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası ilə bağlı Birgə İstiqamətləndirici Komitənin iclasında çıxışında deyib.

O bildirib ki, Prezident İlham Əliyev tərəfindən minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü irəli sürülüb.

"Fürsətdən istifadə edərək 18-ci DİM təşəbbüsünün reallaşdırılması üçün beynəlxalq sferada işlərin aparılması və bu təklifin BMT səviyyəsinə çıxarılması üçün dəstəyin göstərilməsini başda BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva olmaqla BMT-nin Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış agentliklərinin nümayəndələrindən xahiş edirik" - deyə Sahib Məmmədov əlavə edib.

Nazir müavini qeyd edib ki, BMT ilə birgə həyata keçirilən layihə daha təhlükəsiz və dayanıqlı icmaların yenidən qurulmasına töhfə verməklə, sülhün və inkişafın bərqərar olmasına zəmin yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR