Şahin Mustafayevin İrana səfəri başlayıb - FOTO

Şahin Mustafayevin İrana səfəri başlayıb - FOTO
# 18 may 2022 14:52 (UTC +04:00)

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə görüşüb.

APA-nın Tehran bürosu xəbər verir ki, Şahin Mustafayev bu səfərə böyük əhəmiyyət verdiklərini diqqətə çatdırıb.

O, Azərbaycan və İran prezidentlərinin Aşqabadda keçirilmiş görüşünün əhəmiyyətindən danışıb. Şahin Mustafayev əlavə edib ki, bu görüşdən sonra tərəflər arasında danışıqlar inkişaf edib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Prezidenti İranla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Şahin Mustafayev səfər zamanı müzakirə olunacaq önəmli məsələlərdən birinin tranzit məsələsi olduğunu vurğulayıb.

Səfər çərçivəsində Astara çay körpüsü, Astara dəmir yolu və Naxçıvan yolu, Parsabad-İmişli dəmir yolunun birləşdirilməsi məsələlərinin müzakirə olunacağını bildirib.

İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi görüşdə iki ölkə arasında münasibətlərin yaxşı olduğunu qeyd edib. O əlavə edib ki, iki ölkə arasında elektrik enerjisi, sənaye və neftlə bağlı çoxlu məsələlər var, lakin ən önəmli məsələ tranzit məsələsidir.

Rüstəm Qasimi bildirib ki, hər iki tərəfin rəsmiləri arasında keçirilən görüşlərdə həmişə müsbət atmosfer olub və yaxşı anlaşma memorandumları imzalanıb.

O, İranın Zəngəzur dəhlizinin yaradılmasına olan marağını da ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR