Sərhəd-keçid məntəqələrində tranzit əməliyyatlarında Koordinasiya Şurasına hesabat veriləcək

Sərhəd-keçid məntəqələrində tranzit əməliyyatlarında Koordinasiya Şurasına hesabat veriləcək
# 22 iyul 2022 21:04 (UTC +04:00)

Azərbaycanın sərhəd-keçid məntəqələrində tranzit əməliyyatları zamanı Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim ediləcək.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında qərarda deyilir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, qərargahın əsas məqsədi - sərhəd-keçid məntəqələrində aparılan prosedurların asanlaşdırılması və elektronlaşdırılması, aparılan tranzit əməliyyatlarının sinxronizələşmiş planlaşdırılması və vahid dispetçer tərəfindən idarə edilməsi proseslərinin təkmilləşdirilməsidir.

Ölkə maraqlarından çıxış edən Qərargah əməliyyatların monitorinqini aparacaq və mütəmadi olaraq Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim edəcək.
Tranzit zamanı yükdaşıyıcıların problemlərinin operativ həlli üçün Qərargahda “Çağrı Mərkəzi” yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR