"Starlink" Gürcüstanda aktivləşdirilir

İlon Mask

© APA | İlon Mask

# 14 iyul 2022 15:25 (UTC +04:00)

Gürcüstanın Rabitə Kommunikasiyası İlon Maskın “Starlink” şirkətinə ölkədə internet xidməti göstərməsi üçün icazə verib.

APA-nın yerli bürosu xəbər verir ki, şirkət Gürcüstanda fəaliyyət göstərməsi üçün lazım olan icazəni almaq məqsədilə 8 iyulda komissiyaya müraciət edib.

Bildirilib ki, artıq "Starlink Georgia" Gürcüstanda praktik fəaliyyətə başlamağa hazırlaşır.

İcazə şərtlərinə uyğun olaraq, "SpaceX" Gürcüstanda "Starlink" peyk sistemləri vasitəsilə yüksəksürətli internet xidmətləri göstərəcək.

Qeyd olunub ki, "Starlink"in tətbiqi yüksək dağlıq bölgələrdə və internetə çıxışı olmayan ərazilərdə xüsusilə vacibdir.

“Bu baxımdan onun tətbiqindən sonra bütün bu cür coğrafi ərazilərdə yüksəksürətli internetə çıxış hər kəs üçün əlçatan olacaq”, - komissiyanın məlumatında bildirilib.

Qeyd edək ki, “SpaceX” indiyədək 2700-dən çox “Starlink” aşağı orbitli peykini kosmosa göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR