TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar cüzi azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar cüzi azalıb
# 18 oktyabr 2019 10:55 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 34 876,6 min ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə dəhlizin Azərbaycan hissəsində yüklərin 22 956,7 min tonu və ya 65,8% avtomobil nəqliyyatı, 8 517,9 min tonu və ya 24,4% dəmir yolu nəqliyyatı, 3 402,0 min tonu və ya 9,8% dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4% və ya 5383,9 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR