Transxəzər ticarətin artırılması imkanları araşdırılır

Transxəzər ticarətin artırılması imkanları araşdırılır
# 16 may 2022 10:04 (UTC +04:00)

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Transxəzər nəqliyyat marşrutu üzrə ticarətin artırılması imkanlarını araşdırmaq məqsədilə 2022-ci il mayın 16-dan 24-dək Qazaxıstan, Azərbaycan və Gürcüstana tanışlıq səfəri keçirir.

APA-Economics” xəbər verir ki, bu barədə ABŞ-ın Qazaxıstandakı səfirliyi və konsulluğu məlumat yayıb.

Qeyd olunur ki, son zamanlar Mərkəzi Asiya hökumətləri Xəzər dənizi ilə yük axınının artmasına xüsusi diqqət yetirir, belə ki, treyderlər adi tranzit marşrutları üzrə malların daşınmasında problemlərlə daha çox üzləşirlər.
Tanışlıq turu USAİD-in Mərkəzi Asiya Ticarət Proqramı tərəfindən TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və Qazaxıstan Nəqliyyat İşçilərinin İttifaqı - “KazLogistics” ilə birgə təşkil olunur.
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan, eləcə də Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığına üzv olan 40-dan çox gömrük və nəqliyyat siyasəti təmsilçisindən ibarət nümayəndə heyəti Xəzər dənizindəki Ələt və Kurık limanlarına və Qara dənizdəki Batumi limana səfər edəcək.
Nümayəndə heyətinin üzvləri hər bir limanın qiymət siyasətini öyrənəcək, istifadə olunan prosedurları təhlil edəcək və rəqəmsallaşma təşəbbüsləri ilə tanış olacaqlar ki, bu da onlara prosedurların gələcəkdə daha da sadələşdirilməsi üçün tövsiyələr hazırlamağa kömək edəcək.

Səfərdə həmçinin, beynəlxalq avtomobil daşımalarında bilavasitə məşğul olan Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin avtomobil daşıyıcıları, logistika şirkətləri və ekspeditorları, dəniz limanları və gəmiçilik şirkətlərinin milli assosiasiyaları iştirak edəcək. Bolqarıstan və Türkiyədən olan iştirakçılar öz ölkələrinin əraziləri vasitəsilə beynəlxalq avtomobil daşımalarının asanlaşdırılması imkanları ilə tanış olmağa dəvət olunurlar.
Bununla yanaşı, USAID əvvəlcədən seçilən yüklərin Mərkəzi Asiyadan təklif olunan alternativ marşrut üzrə Qazaxıstanın Kurık limanından Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyəyə çatdırılmasını sınaqdan keçirir. Məqsəd daşıyıcıların bu limanlardan keçərkən qarşılaşa biləcəyi çətinlikləri müəyyən etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR