Türkiyənin “Albayrak” Şirkətlər Qrupu Bakı Limanına yatırım edəcək.
"APA-Economics" xəbər verir ki, Ələt qəsəbəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov və “Albayrak” Şirkətlər Qrupunun rəhbəri Ahmet Albayrak bununla bağlı müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Tərəflər Bakı Limanının texniki imkanlarının yaxşılaşdırılması, daha çox yükün cəlb edilməsi, eyni zamanda, yüklərin operativ formada aşırılması və s. bu kimi sahələrdə sıx əməkdaşlıq edəcəklər.
Əldə edilən yeni razılığa əsasən “Albayrak” Şirkətlər Qrupu Bakı Limanı ilə birgə “Ro-Ro”, “Gübrə” terminallarında fəaliyyət göstərəcək və digər mühüm sahələrdə sıx əməkdaşlıq edəcəklər. Yeni əməkdaşlıq müqaviləsinin əsas məqsədi logistika və təchizat zənciri sahəsində yük daşıyıcıları üçün ən rahat və stabil şəraiti formalaşdırmaqla Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçməklə Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya, eyni zamanda, Türkiyəyə daşınan yükün həcminin qısa zamanda artırılmasına nail olmaq, cəlb edilən yükün müasir logistik həllərin də tətbiq edilməsi ilə operativ formada aşırılmasını təmin etməkdir.
Bildirilib ki, bu əməkdaşlığın qurulması ilə Bakı Limanına daha böyük həcmdə yükün cəlb edilməsi proqnozlaşdırılır ki, bu da həm yeni iş yerlərinin yaradılması, həm də Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatmağa imkan verəcək.
Qeyd edək ki, "Albayrak” tərkibində 50-dən çox şirkəti birləşdirən, inşaat, sənaye, media ilə yanaşı, həm Türkiyə, həm Avropa, həm də Afrikanın şərqində və qərbində liman idarəetməsi sahəsində ixtisaslaşmış şirkətlər qrupudur.
Türkiyənin “Albayrak” Şirkətlər Qrupu Bakı Limanına yatırım edəcək - FOTO
15 iyul 2022 15:58 (UTC +04:00)
İnfrastruktur
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib
17:19
3 may 2024
Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir! Bu kompleksin sakinləri üçün şad xəbər! - VİDEO
15:52
3 may 2024
Kəlbəcərdə velosiped yolları salınacaq
11:54
3 may 2024
Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilə qədər 17 min nəfərə çatacaq
11:52
3 may 2024