Xaçmaz və Ağsuda qaz verilişində fasilələr yaranıb

Xaçmaz və Ağsuda qaz verilişində fasilələr yaranıb
# 25 sentyabr 2019 09:43 (UTC +04:00)

Xaçmaz və Ağsu rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 25-də səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb.

Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR