Xəzər dənizində suyun azalması Bakı Limanının fəaliyyətinə təsir göstərməyib

Xəzər dənizində suyun azalması Bakı Limanının fəaliyyətinə təsir göstərməyib
# 15 iyul 2022 17:27 (UTC +04:00)

Xəzər dənizində suyun səviyyəsinin azalması Bakı Limanının fəaliyyətinə təsir göstərməyib.

"APA-Economics" xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov "Albayrak" Şirkətlər Qrupu ilə imzalanma mərasimində deyib.

O bildirib ki, Xəzər dənizinin səviyyəsinin müxtəlif dövrlərdə enmə və yüksəlməsi müşahidə olunub. Hazırda Xəzərin səviyyəsində enmə müşahidə edilir. Bununla belə, Bakı Limanı kanalının dərinliyi 7 metrə yaxındır. Bu isə kifayət qədər yaxşı göstəricidir: "Hazırki durum Azərbaycana Mərkəzi Asiyadan dəniz daşımalarına problem yaratmır və önümüzdəki illərdə də hər hansı çətinlik gözlənilmir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR