Xidmət rəisi: Şərqi Zəngəzurda qızıl yataqlarının istifadəsi ilə bağlı işlər gedir

Xidmət rəisi: Şərqi Zəngəzurda qızıl yataqlarının istifadəsi ilə bağlı işlər gedir
# 18 noyabr 2022 16:16 (UTC +04:00)

1992-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə 167 yataq kəşf edilib ki, bunlardan da 15-i filiz (qızıl), 126-sı tikinti və qeyri-metal, 26-sı isə termal mineral və şirin su yataqlarıdır.

APA xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Xidmət rəisi hazırda bu yataqların istifadəsi istiqamətində işlərin getdiyini bildirib: “Hazırda bu istiqamətdə gərgin fəaliyyətimiz mövcuddur. Qarabağdakı yol infrastrukturunun inşasında yerli xammaldan müvəffəqiyyətlə istifadə edilir. Hesab edirəm ki, tezliklə Şərqi Zəngəzur üzrə qızıl, gümüş və mis yataqlarımız beynəlxalq şirkətlərin sərəncamına veriləcək”.

O eyni zamanda qeyd edib ki, Murovdağ və Zəngilan ərazisində aparılan proseslərdə və tunel qazıntılarında çıxarılan süxurlara geoloji baxış keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR