Yaxın bir ildə dövlət qurumlarında istifadə olunan proqram təminatlarının 80%-i lisenziyalaşdırılacaq

Yaxın bir ildə dövlət qurumlarında istifadə olunan proqram təminatlarının 80%-i lisenziyalaşdırılacaq
# 14 iyun 2019 12:54 (UTC +04:00)

Azərbaycanın dövlət qurumlarında və ali təhsil müəssisələrdə istifadədə olan kompüter proqram təminatlarının 80%-i 2020-ci ilin iyun ayınadək lisenziyalaşdırılacaq. Bunu “APA-Economics”ə “Microsoft Azerbaijan” şirkətinin dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov deyib.

Onun sözlərinə görə, lisenziyalaşdırılma işləri ötən ilin iyul ayında Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft Azerbaijan” arasında imzalanan saziş çərçivəsində icra olunur.

“Layihənin tam olaraq icrası, sazişin imzalanan gündən 3 il ərzində nəzərdə tutulur. Sazişə uyğun olaraq cari ilin sonunadək dövlət qurumları üçün nəzərdə tutulan 20 000 lisenziyanın ən azı yarısını tədarük ediləcək”, - deyə K. Əsədov qeyd edib.

Xatırladaq ki, sazişə əsasən dövlət qurumlarına 20 000, ali təhsil müəssisələrinə isə akademik güzəşt şərtləri ilə 10 000 proqram təminatı lisenziyaları tədarük ediləcək.

“Bu yaxında biz Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün universitetlərə lisenziyalı proqram təminatları tədarük etdik. Güzəşt şərtlərinə uyğun olaraq hər tələbə qeydiyyatdan keçərək 5 qurğuda istifadə oluna biləcək proqram təminatının aktivləşdirmə açarını əldə edirlər”, - deyə K. Əsədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR