Yaxın 3 ildə Azərbaycanda 1000 nəfərədək kibertəhlükəsizlik mütəxəssisi hazırlanacaq

Yaxın 3 ildə Azərbaycanda 1000 nəfərədək kibertəhlükəsizlik mütəxəssisi hazırlanacaq
# 28 aprel 2022 11:46 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xarici universitetlərlə əməkdaşlıq quraraq yaxın 3 il ərzində Azərbaycanda kibertəhlükəsizlik üzrə təxminən 1000 nəfərə yaxın ən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün müqavilə imzalayacaq.

"APA-Economics" xəbər verir ki, bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bu da ekosistemin formalaşması baxımından kifayət qədər yaxşı haldır.

"Bizim universitetlərin il ərzində buraxdıqları İT mütəxəssislərinin sayına baxsaq , biz hesab edirik ki, bu kifayət qədər əhəmiyyətli bir rəqəmdir",- deyə Rəşad Nəbiyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR