Yekaterinburqdan Bakıya uçuşlar bərpa olunur

Yekaterinburqdan Bakıya uçuşlar bərpa olunur
# 26 iyul 2022 09:43 (UTC +04:00)

Rusiyanın “İrAero” aviaşirkəti iyulun 31-dən etibarən Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq.

APA-Economics” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Koltsovo hava limanının mətbuat xidməti məlumat yayıb.
Uçuşlar həftədə iki dəfə “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.

Yekaterinburqdan uçuşlar bazar günü saat 17:20-də, çərşənbə günləri isə yerli vaxtla saat 20:20-də planlaşdırılır. Bakıya çatma - müvafiq olaraq 19:20 və 22:20-də olacaq. Biletin qiyməti - 27 815 rubldan (817 manatdan) başlayır.

Qeyd olunur ki, 2021-ci ilin yekunlarına görə, Koltsovo hava limanı Azərbaycana uçan 12 mindən çox sərnişinə xidmət göstərib. Yekaterinburqla Bakı arasında birbaşa uçuşlar bu ilin martında dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR