"Formula-1" üzrə Azərbaycan Qran-prisinin biletləri bu ay satışa çıxarılacaq

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin biletləri bu ay satışa çıxarılacaq
  • Clock-gray 12:59
  • calendar-gray 03 Oktyabr 2019

2020-ci ildə keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin bilet satışının başlayacağı tarix müəyyənləşib.

APA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai açıqlayıb.

O bildirib ki, satışa bu ay start veriləcək. Gələn il keçiriləcək yarışı izləmək istəyənlər ayın sonundan bilet əldə edə bilərlər.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Qran-prisi iyunun 5-7-də keçiriləcək.

Tahir Hümmətov

Digər xəbərlər

Arxiv

date