“Traviata” operasında qırğızıstanlı aktrisa çıxış edəcək

“Traviata” operasında qırğızıstanlı aktrisa çıxış edəcək
# 24 sentyabr 2019 10:17 (UTC +04:00)

Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, Violetta partiyasını A.Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrının solisti, Qırğızıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elnura Samarbekova ifa edəcək.

Tamaşada həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), Xalq artistləri Əli Əsgərov (Markiz d`Obinyi), Əkrəm Poladov (Doktor Qrevil), solist Nina Makarova (Anina) çıxış edəcəklər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli "Humay" mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR