Bakıda əmlak sığortasına dair treninq keçiriləcək

Bakıda əmlak sığortasına dair treninq keçiriləcək
# 22 oktyabr 2008 10:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin oktyabr ayının 28-30-da Bakıda əmlak sığortasına dair treninq keçiriləcək. Treninqin təşkilatçısı olan «Allianz Group» konsaltinq şirkətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə əmlak sığortası növünün inkişafı, əmlak sığortası üzrə təminat, şərtlər, istehsalda fasilənin yaranmasından sığortalanma, əmlak sığortasının kombinasiya və zərf polisləri, əmlak sığortası üzrə risklərin araşdırması, iddiaların prinsip və proseduraları kimi mövzular müzakirə olunacaq.
Treninqdə Azərbaycandakı sığorta şirkətlərinin anderrayterləri, tarif siyasətini tərtib edən mütəxəssislər, risk-menecerləri, ödənişlər üzrə bölmələrin mütəxəssislərin iştirakı gözlənilir.
Treninq «Marsh» sığorta və təkrarsığorta şirkətinin baş direktoru Şahin Əhmədov və ARDNŞ-in İnvestisiyalar üzrə İdarəsinin sığorta və risklərin idarə edilməsi şöbəsinin müdiri Hüseyn Kazımov tərəfindən aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR