Beynəlxalq Valyuta Fondu: Gələn il Azərbaycanda inflyasiya 20% olacaq

Beynəlxalq Valyuta Fondu: Gələn il Azərbaycanda inflyasiya 20% olacaq
# 23 oktyabr 2008 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Gələn il Azərbaycanda inflyasiyanın 20% təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) proqnoz göstəricilərini yayıb. Eyni zamanda, BVF Azərbaycan üçün bu göstəricini 2008-ci ildə 22,4% olacağını proqnozlaşdırır.
Xatırladaq ki, artıq bu ilin yanvar-sentyabr aylarında illik inflyasiya 21,5% təşkil edib, halbuki əvvəllər hökumət tərəfindən 13-14% səviyyəsində hazırlanmış ilkin proqnoz sonradan 18-20%-dək artırılıb. BVF isə hələ ilin birinci yarısında 2008-ci ildə Azərbaycanda inflyasiyanın 20%-dən az olmayacağını bildirmişdir. Məlumat üçün bildirək ki, hökumət 2009-cu ildə inflyasiyanın 12-14% səviyyəsində olacağını proqnozlaşdırır.
Bundan başqa, Fond digər mühüm makroiqtisadi göstərici - geniş mənada pul kütləsinin (M3 pul aqreqatı) də artacağını proqnozlaşdırır. Belə ki, 2008-ci ildə Azərbaycanda M3 aqreqatının 84%, 2009-cu ildə isə 40% artacağı gözlənilir:

2000-2004-cü illər (orta göstərici)

2004-cü il

2005-ci il

2006-cı il

2007-ci il

2008-ci il (proqnoz)

2009-cu il (proqnoz)

İnflyasiya

3,0%

6,7%

9,7%

8,4%

16,6%

22,4%

20,0%

Pul kütləsinin artımı

30,1%

47,5%

22,1%

86,4%

72,4%

84,0%

40,0%



Qeyd edək ki, Azərbaycanda geniş mənada pul kütləsinin artımı cari ilin sentyabr ayının 1-nə illik ifadədə 64,5% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR