Son bir ildə Azərbaycan banklarında milli valyutada olan əmanətlərin həcmi 20% artıb

Son bir ildə Azərbaycan banklarında milli valyutada olan əmanətlərin həcmi 20% artıb
# 23 oktyabr 2008 12:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52,2% artaraq sentyabrın 1-nə 1 826,2 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 985,1 mln. manatı (53,9%-i) milli, 841,1 mln. manatı (46,1%-i) isə xarici valyuta şəkilində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 1,2 dəfə və 16,1% artıb. Həmin vəsaitlərin 65,9%-i (1 203,6 mln. manatı) özəl banklara qoyulub.
Qeyd edək ki, cari ilin sentyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,81 manat, 100 Rusiya rubluna 3,21 manat, 1 avroya 1,17 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,83 manat, 3,44 manat və 1,26 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR