«AtaBank» son bir ildə aktivlərini 48% artırıb

«AtaBank» son bir ildə aktivlərini 48% artırıb
# 23 oktyabr 2008 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 134,586 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 48,1% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 47,1% genişlənərək 108,399 mln. manata, kredit portfeli 61,6% artaraq 87,189 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 50,4% artaraq 41,229 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 62,7% artaraq 18,815 mln. manat, o cümlədən nizamnamə kapitalı 42,4% artaraq 14,465 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 62% artaraq 6,479 mln. manat, xərcləri isə 61% artaraq 4,504 mln. manat olub. Nəticədə, bankın mənfəəti 64,7% artaraq 1,975 mln. manat təşkil edib.
«AtaBank» son bir ildə əlavə 5 filial açıb, həmçinin 18 bankomat və 218 POS-terminal quraşdırıb. Bundan başqa, həmin dövr ərzində bankın işçilərinin sayı 20% artaraq 263 nəfərə çatıb.
Xatırladaq ki, «AtaBank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika 19 filialı, 46 bankomatı və 267 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR