Azərbaycanda keçirilən son çek hərracında 7 ASC-nin səhmləri satılıb

Azərbaycanda keçirilən son çek hərracında 7 ASC-nin səhmləri satılıb
# 27 oktyabr 2008 08:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) oktyabrın 6-10-da keçirilmiş 113-cü ixtisaslaşdırılmış çek hərracının nəticələrini açıqlayıb. Komitədən «APA-Economics»ə verilən məlumata görə, hərracda Azərbaycanın regionlarında yerləşən 7 səhmdar cəmiyyətinin səhmləri satılıb.
Bunlar, «Ağstafa Yun», «Qazanbulaq Mədəni Məişət», «Ağsu Sənaye İnşaat», «Tovuz Nəqliyyat», «Bərdə Yun», «Salyan İnşaat Materialları» və «Sabirabad İnşaat Sənaye» səhmdar cəmiyyətləridir.
Adıçəkilən səhmdar cəmiyyətlərinin buraxılmış səhmlərinin ümumi sayı 378 446 ədəd, çek hərracına çıxarılmış səhmlərinin sayı 56 764 ədəd, bir səhmin nominal qiyməti isə 2 manat olub. Səhmdar cəmiyyətləri üzrə 316 sifariş təqdim edilib və bu sifarişlərdəki çeklərin sayı 8 036 ədəd təşkil edib. Hərraca çıxarılmış səhmlərin 59 798 ədədi satılıb və satılmış səhmlərin ümumi nominal dəyəri isə 113 335 manat olub.
Qeyd edək ki, «Tovuz Nəqliyyat» ASC-nin səhmlərinin satışı zamanı səhmlərin investorlar arasında bölünməsi əməliyyatı aparılıb. Bu müəssisənin səhmlərinin ümumi sayı 5 246 ədəd, hərraca çıxarılan səhmlərin sayı 786 ədəd, təqdim edilmiş sifarişlərin sayı 40, təqdim olunan çeklərin sayı 559 ədəd, satılmış səhmlər – 3 913 ədəd, bu zərfin məcmu nominal dəyəri isə 1565,2 min manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR